“ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində məlum olacaq” – Tramp


ABŞ və İran arasında danışıqların nəticəsi yaxın 48 saat ərzində məlum ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Vaşinqton və Tehran arasında razılıq əldə olunacağı təqdirdə Hörmüz boğazının avqustun 5-də açılıb-açılmayacağı ilə bağlı sualına cavab olaraq bildirib.
Tramp həmçinin jurnalistlərə verdiyi açıqlamada ABŞ-nin İranla danışıqlarda çox yaxşı irəliləyiş əldə etdiyini qeyd edib.
“Danışıqların nəticələri 48 saat ərzində məlum olacaq. Hörmüz boğazının açılması sabah və ya ondan bir gün sonra baş verə bilər”, - Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalı mənbələrə istinadla ABŞ-nin avqustun 5-də İran və Omanla Hörmüz boğazının açılması məsələsində müvəqqəti razılaşmalar elan etməyə hazırlaşdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top