Özgür Özəlin toxunulmazlığının ləğv olunması istənilir


Ankara Baş Prokurorluğunun Dövlət məmurları və parlament üzvləri tərəfindən törədilən cinayətlər üzrə istintaq bürosu, YENİ Partiyanın sədri Özgür Özəllə bağlı iş materiallarını Ədliyyə Nazirliyinə göndərərək, onun parlament toxunulmazlığının ləğv edilməsini tövsiyə edib.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, Özəl dəfələrlə rüşvət almaqda ittiham olunur.
YENİ Partiyanın Malatya millət vəkili Vəli Ağbabanın da eyni ittihamla parlament toxunulmazlığının ləğv edilməsi üçün müraciət təqdim olunub.
Qeyd edək ki, sabiq sədr Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) başına gətirilməsindən sonra Özgür Özəl 91 millət vəkili ilə birlikdə CHP-dən ayrılıb və YENİ Partiyanı yaradıb.
YENİ Partiya yarandığı andan etibarən Türkiyədə aparıcı müxalifət partiyasına çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top