
Ermənistanda elektrik şəbəkəsinin istehsal və ötürmə şəbəkələrində yaranan fövqəladə vəziyyət bir neçə şəhərdə və ətraf kəndlərdə elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Hörmətli abonentlər, elektrik şəbəkəsinin istehsal və ötürmə şəbəkələrində yaranan fövqəladə vəziyyətlə əlaqədar olaraq sistem operatoru dispetçer məhdudiyyətləri tətbiq edib. Nəticədə Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat bölgələrində bir neçə şəhərdə və ətraf kənd icmalarında elektrik enerjisinin təchizatı tamamilə kəsilib. Nazirliyin müvafiq şöbəsinin və sistem operatorunun mütəxəssisləri hazırda mümkün qədər tez bir zamanda elektrik enerjisinin bərpası üçün təcili bərpa işləri aparırlar”, - bəyanatda bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz