“Air India”ya məxsus təyyarə burulğana düşdü − Xəsarət alanlar var


“Air India”ya məxsus təyyarə burulğana düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti yerli mediaya istinadən məlumat yayıb.
Bildirilib ki, Taylanddan Hindistana gedən təyyarə eniş zamanı burulğana düşüb. Dehlidə eniş uğurlu olub, lakin biri uşaq olmaqla on beş sərnişin və iki heyət üzvü xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya aparılıb.
Bir sərnişin təyyarənin eniş zamanı kəskin şəkildə əyildiyini və bir neçə dəqiqə həmin vəziyyətdə qaldığını bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top