Türkiyəli jurnalistlər Ağdama səfər etdilər


Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Ağdam şəhərində olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd olunub ki, səfər çərçivəsində qonaqlar Ağdamda aparılan bərpa-quruculuq işləri və infrastruktur layihələri ilə yaxından tanış olublar.
Daha əvvəl media nümayəndələri Xankəndi şəhərinə səfər etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top