“Fənərbaxça” “Mançester Yunayted”in hücumçusu ilə maraqlanır − KİV


“Mançester Yunayted”in hücumçusu Markus Reşford yeni kluba keçə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb. 
Bildirilir ki, Türkiyənin “Fənərbaxça” klubu oyunçuya ciddi maraq göstərir və əhəmiyyətli transfer haqqı təklif etməyə hazırdır.
Mənbənin məlumatına görə, “Fənərbaxça” nümayəndələri potensial müqavilənin şərtlərini müzakirə etmək üçün artıq Reşfordun komandası ilə əlaqə saxlayıblar. Türkiyə klubunun rəhbərliyi liqa tituluna can atmaq üçün heyətini gücləndirmək niyyətindədir. “Fənərbaxça” 2013/2014 mövsümündən bəri davam edən uzun müddətli kuboksuz dövrəyə son qoymağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top