
Əfsanəvi aktyor Ceki Çan Bakıdadır.
Yeniavaz.com xəbər verir ki, məşhur aktyor burada “Tanrının zirehi 4: Ultimatum” filminin bəzi səhnələrində çəkiləcək.
Qazaxıstanın Bakıdakı səfirliyinin məlumatına görə, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək.
Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. İkinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın “Salem Entertainment” kinokompaniyası məşğul olur.
Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.
Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz