
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının nümayəndəsi Ayk Koncoryan ölkə Parlamentinin vitse-spikeri seçilib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onun lehinə 63, əleyhinə isə 28 deputat səs verib.
Daha əvvəl “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan fraksiyanın Koncoryana qarşı səs verəcəyini açıqlayıb. O bildirib ki, Koncoryanın həyat yoldaşının əvvəllər milli poçt operatoru “HayPost”un direktoru təyin edilməsi suallar doğurub. Dünən və bu gün Koncoryana namizədliyinin müzakirəsi zamanı müxalifətin ona ünvanladığı sualların əhəmiyyətli bir hissəsi məhz bu mövzuda olub.
Öz növbəsində, digər müxalifət fraksiyası olan “Ermənistan” səsvermədə iştirak etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz