
İyul ayının sonundan bəri Seuta muxtar şəhərinə ən azı 72.000 miqrant daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniya daxili işlər naziri Fernando Qrande-Marlaska Aİ daxili işlər nazirlərinin görüşünün ardından jurnalistlərə bildirib.
Onun sözlərinə görə, artıq təxminən 70.000 qanunsuz immiqrant şəhəri tərk edərək Mərakeşə gedib:
“Təxminən 72.000 nəfər İspaniyaya qanunsuz daxil olub, 70.000 nəfər isə artıq ölkəni tərk edib”.
Qeyd edək ki, iyulun sonlarında on minlərlə mərakeşli miqrant Şimali Afrikadakı İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz daxil olub. Bu, İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq axtarmaq imkanı verilməsini tələb etməsindən sonra baş verib.
2 avqustda İspaniyanın “La Sexta” telekanalı Seuta şəhərinə çatmağa çalışarkən 90 nəfərin öldüyünü bildirib. Bundan əlavə, 1149 miqrantın tibbi yardıma ehtiyacı olduğu bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz