
Bu ilin ilk yarısında Azərbaycana 1 milyon 92 min 568 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 1 245 nəfəri və ya 0,1%-i ölkəyə dini ziyarət məqsədilə gəlib.
Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 267 nəfər və ya 27,3% artıb.
Dini ziyarət üçün Azərbaycana gələnlərin təxminən yarısı – 167 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 710 nəfər;
Türkiyə – 209 nəfər;
Gürcüstan – 82 nəfər;
İsrail – 102 nəfər;
Qazaxıstan – 81 nəfər;
İran – 20 nəfər;
Hindistan – 9 nəfər;
Türkmənistan – 15 nəfər;
Ukrayna – 13 nəfər;
Qırğızıstan – 4 nəfər.
Onu da bildirək ki, dini ziyarət üçün gələn əcnəbilər Azərbaycanda 6 ay ərzində 908,9 min manat xərcləyiblər.
Azərbaycana dini ziyarət üçün gələn əcnəbilərin burada xərclədikləri vəsait aşağıdakı kimi olub:
İsrail – 171,4 min manat (bir nəfərə düşən orta xərc 1 680 manat);
Türkiyə – 257,3 min manat (1 231 manat);
Hindistan – 10 min manat (1 111 manat);
Ukrayna – 15,6 min manat (1 200 manat);
Türkmənistan – 12,8 min manat (853 manat);
Qazaxıstan – 78,4 min manat (968 manat);
Qırğızıstan – 3 min manat (750 manat);
İran – 12,7 min manat (635 manat);
Rusiya – 324,3 min manat (457 manat);
Gürcüstan – 23,4 min manat (285 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz