Ermənistanda 8,4, Gürcüstanda 10,8, Azərbaycanda isə 12,3 dollar – Mobil telefon tarifləri


Mobil telefon tariflərinin qiymətinə görə Azərbaycan 100 ölkə arasında 70-ci sırada qərarlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Numbeo” platformasının hazırladığı mobil telefon tarifləri üzrə beynəlxalq reytinqdə yer alıb.
Reytinq aylıq zənglər və ən azı 10 GB internet paketini əhatə edən mobil telefon tariflərinin orta qiymətləri əsasında hazırlanıb. Hesabata görə, Azərbaycanda belə bir tarifin orta aylıq qiyməti 12,3 dollar təşkil edir.
Hesabata əsasən, mobil telefon tariflərinin ən bahalı olduğu 5 ölkə Puerto Riko (72 dollar), ABŞ (61,8 dollar), Birləşmiş Ərəb Əmirlikləri (53 dollar), Qatar (43,2 dollar) və Kanadadır (42,5 dollar).
Ən ucuz mobil telefon tarifləri isə İran (2,3 dollar), Hindistan (3,5 dollar), Şri-Lanka (4 dollar), Özbəkistan (4,1 dollar) və Nepalda (4,1 dollar) qeydə alınıb.
Keçmiş SSRİ ölkələri və region dövlətlərində aylıq mobil telefon tariflərinin orta qiyməti aşağıdakı kimi olub:
Estoniya – 17,9 dollar;
Latviya – 19,1 dollar;
Litva – 15,4 dollar;
Ermənistan – 8,4 dollar;
Türkiyə – 10,3 dollar;
Rusiya – 6,8 dollar;
Moldova – 9,6 dollar;
Gürcüstan – 10,8 dollar;
Azərbaycan – 12,3 dollar;
Belarus – 8,6 dollar;
Qazaxıstan – 10 dollar;
Ukrayna – 5,9 dollar;
Özbəkistan – 4,1 dollar;
İran – 2,3 dollar.


Məlumat üçün qeyd edək ki, “Numbeo” platformasının məlumatları rəsmi statistika deyil və əsasən istifadəçilərin təqdim etdiyi qiymətlər əsasında formalaşır. Bu səbəbdən göstəricilər ölkələrin və şirkətlərin rəsmi məlumatlarından fərqlənə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top