İstefası ilə bağlı şayiələri təkzib etdi


İran Prezidenti Məsud Pezeşkian istefası ilə bağlı xəbərləri təkzib edərək, vəzifəsindən getmək niyyətində olmadığını və vəzifəsini yerinə yetirməyə davam edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Əgər istefaya getsəm, bunu rəsmən elan edəcəyəm”, - Pezeşkian qeyd edib.
Agentliyin məlumatına görə, onun vətəndaşlara açıq müraciəti bu axşamdan başlayaraq dörd hissədə dərc ediləcək.
Əvvəlcədən yazılmış çıxışında Pezeşkian hökumətin son iki ildəki nailiyyətlərini və fəaliyyətlərini ümumiləşdirib, həmçinin cari məsələlərə, xüsusilə də müharibə və danışıqlara toxunub.
Qeyd edək ki, bundan əvvəl “Iran International” telekanalı Məsud Pezeşkianın istefa vermək niyyətində olduğuna xəbər vermiş, bununla belə, İran rəhbərliyi telekanalın məlumatını təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top