Türkiyədə daha bir bələdiyyədə korrupsiya əməliyyatı keçirilib


Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəçiliyində olan daha bir bələdiyyədə əməliyyat keçirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, söhbət İzmirin Menderes rayonunun bələdiyyəsindən gedir.
Bildirilib ki, "rüşvətxorluq" və "hədə-qorxu ilə pul tələb etmə" ittihamları əsasında aparılan istintaq çərçivəsində, aralarında bələdiyyə sədri İlkay Çiçəyin də olduğu 16 nəfər barədə saxlanılma qərarı verilib.
Səhər keçirilən əməliyyat zamanı 13 nəfər saxlanılıb, eyni zamanda Çiçəyin evində və bələdiyyə binasında axtarışlara başlanılıb.
“Anadolu” yazır ki, saxlanılanlar arasında İzmir bələdiyyəsinin sabiq sədri Tunç Soyer və Cumhuriyyət Xalq Partiyasının (CHP) İzmir vilayət təşkilatının sədri Şenol Aslanoğlu da var.

DİGƏR XƏBƏRLƏR

Top