
“Mançester Siti” və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri “Qızıl top” mükafatına əsas namizəddir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, Rodri 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu seçilib. Rodri turnirdə səkkiz oyunda iştirak edib və qol vurmayıb.
2025/26 mövsümündə ispaniyalı “Mançester Siti” ilə İspaniya Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. O, artıq İspaniyanın Avropa çempionu olduğu 2024-cü ildə “Qızıl top”u qazanıb.
Nəşrin ilk 5 namizədi arasında İngiltərə millisinin üzvü Harri Keyn, İspaniya millisinin üzvü Lamin Yamal, Fransa millisinin üzvü Kilian Mbappe və Argentina millisinin üzvü Lionel Messi də var.
Qeyd edək ki, “Qızıl top” mükafatı “France Football” jurnalının keçmiş baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. Mükafat ilk dəfə 1956-cı ildə “Blekpul”un hücumçusu Stenli Mettyusa təqdim edilib və qalib futbol jurnalistləri tərəfindən müəyyən edilib. Əvvəlcə mükafata yalnız avropalı futbolçular layiq görülüb. 1995-ci ildən bəri “Qızıl top” mükafatı istənilən millətdən olan oyunçular üçün açıqdır və yeganə tələb oyunçunun Avropa klubunda oynamasıdır. 2007-ci ildən bəri istənilən oyunçu kuboku qazanmaq hüququna malikdir.
2010-cu ildən 2015-ci ilə qədər mükafat “France Football” jurnalı tərəfindən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə birlikdə təqdim edilib. 2016-cı ildən bəri iki mükafat təqdim edilib - biri jurnal, digəri isə FIFA tərəfindən.
FIFA-nın “İlin ən yaxşı oyunçusu” mükafatı da 1991-ci ildən 2009-cu ilə qədər təqdim edilib.
Tətbiqimizi yükləyə bilərsiniz