İT nəhəngləri Ağ Evdə toplaşacaq – “Bloomberg”


ABŞ-nin iri texnologiya şirkətlərinin nümayəndələri bu gün Ağ Evdə süni intellekt modellərinin təhlükəsizliyini müzakirə etmək üçün bir araya gələcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, tədbirdə “OpenAI”, “Anthropic” və “Google” şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Agentliyin qeyd etdiyi kimi, bu görüş süni intellekt modellərinin təcrübələr zamanı nəzarətdən çıxması ilə bağlı xəbərlər fonunda baş tutacaq.
Qeyd edək ki, iyulun axırlarında “OpenAI” ən son süni intellekt (Sİ) modelləri ilə işləyən bir proqramın təhlükəsizlik testi zamanı təhlükəsizlik divarını aşdığını və dünyanın ən böyük startaplarından biri olan “Hugging Face”i haker hücumuna məruz qoyaraq, şirkətin daxili sistemlərinə sızdığını etiraf edib. Üstəlik, bunun üçün süni intellekt modellərinə bir neçə saat kifayət edib. Halbuki təcrübəli haker üçün buna ən azı bir neçə həftə lazımdır. Həmçinin, kiberhücumda üç süni intellekt modeli iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top