ABŞ-Meksika gərginliyi divara görə artır

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Meksika prezidenti Enrike Penya Nyetonun yanvarın 31-nə planlaşdırılmış səfərini ən yaxşısı ləğv etmək lazımdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi, D. Tramp Meksika hökumətinin sərhəddə divarın çəkilməsinə vəsait xərcləmək istəməməsini göstərib. Prezident “Tvitter” səhifəsində yazıb ki, ABŞ-ın Meksika ilə ticari kəsiri 60 milyard dollardır: “NAFTA-nın (Şimali Amerikada azad ticarət zonası haqqında müqavilə) ən başlağıcında bu birtərəfli sövdələşmə xeyli sayda iş yerləri və şirkətin itkisi ilə nəticələnib. Əgər Meksika belə zəruri divara görə ödəniş etmək istəmirsə, ən yaxşısı qarşıdakı səfəri ləğv etmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top