Vozinyanın yeni klubu məlum oldu


Kabo-Verde milli futbol komandasının qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubu ilə müqavilə imzalayıb.
Yeniavaz.com
“Transfermarkt” portalına istinadla xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Kabo-Verdenin İspaniya ilə Dünya Kuboku matçında (0-0) qapıçının yeddi zərbəni dəf etməsindən sonra Vozinya 24 saatdan da az bir müddətdə “İnstaqram”da 10 milyon izləyici qazanıb. Hazırda onun izləyicilərinin sayı təxminən 29,5 milyondur.
Kabo-Verde Dünya Kubokunda 1/16 finala qədər yüksəlib və əlavə vaxtda Argentinaya məğlub olub (2-3). Vozinya həmçinin, FIFA Dünya Kubokunun simvolik komandasına daxil edilib.
40 yaşlı Vozinya əvvəllər Portuqaliyanın ikinci divizionundakı “Çaves” klubunda çıxış edib. O, həmçinin Portuqaliyada “Jil Visente”, Moldovada “Zimbru”, Kiprdə AEL və Slovakiyada “Trençin” klublarında oynayıb.
“Transfermarkt” portalının məlumatına görə, onun transfer qiyməti 500 000 avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, “Kolo-Kolo” Çilinin ən çox titul qazanan klubudur. Komanda 33 dəfə milli çempion və 13 dəfə Çili Kubokunun qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top