
Danimarka şahzadəsi İzabella hərbi xidmətə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Danimarkanın BT qəzeti məlumat yayıb.
“Şahzadə İzabella bazar ertəsi günü Slaqelsedəki Antvorskov kazarmasına gəlib və orada 11 aylıq hərbi xidmətini Hussar Qvardiya Alayında keçirəcək”, - məlumatda qeyd edilib.
Nəşr əlavə edib ki, İzabella 8300 kron (təxminən 2175 manat) məbləğində yaşayış müavinətindən və 9000 kron (təxminən 2355 manat) maaşından imtina edib.
Şahzadə beş aylıq əsas təlim keçəcək. Bundan sonra altı aylıq döyüş təlimi də daxil olmaqla praktiki təlim başlayacaq.
Jurnalistlər şahzadənin böyük qardaşı, vəliəhd şahzadə Kristianın da əvvəllər Hussar Qvardiya Alayında xidmət etdiyini qeyd ediblər.
Qeyd edək ki, Danimarkada hərbi xidmət müddətinin uzadılması qərarı ölkə parlamenti tərəfindən 2024-cü ildə qəbul edilib və 2026-cı ildə qüvvəyə minib. Əvvəllər bu müddət dörd ay olub. Bu il ümumilikdə 1600 nəfər hərbi xidmətə qəbul edilib.
Tətbiqimizi yükləyə bilərsiniz