Ruslar Ukraynada meyvə satan şəxsi dronla belə vurdular – Anbaan görüntülər


Ukraynanın Xerson şəhərində meyvə satıcısı dron hücumunun hədəfi olub.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdə küçə ticarəti ilə məşğul olan 52 yaşlı kişinin üzərinə pilotsuz uçuş aparatının hücumu zamanı baş verib.
Yayılan kadrlarda Rusiyaya məxsus olduğu bildirilən dronun mülki şəxsi izlədiyi görünür. Meyvə satıcısı ticarət köşkünün yaxınlığında gizlənməyə çalışsa da, dronun zərbəsindən yayına bilmir.
Hadisə nəticəsində kişi ağır yaralanıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti ağır qiymətləndirilir.
Sözügedən görüntüləri təqdim edirik:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top