Messinin toyu olacaq

“Barselona”nın argentinalı forvardı Lionel Messi nikah tarixini müəyyənləşdirib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu Antonelli Rokutsso ilə münasibətlətini qanuniləşdirmək niyyətindədir. Cütlük iyunun 24-də toy etmək fikrindədir. Məhz həmin tarixdə Messinin 30 yaşı tamam olacaq. Nikah mərasimi cütlüyün doğma şəhəri Rosarioda baş tutacaq. Mərasimdə təqribən 700 qonağın olacağı gözlənilir. Qeyd edək ki, 2012-ci ildə cütlüyün Tyaqo adlı ilk oğlu, 2015-ci ildə isə Mateo adlı ikinci oğlu dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

Top