
Küçə yeməkləri (stritfud) üçün dünyanın ən yaxşı 10 şəhərinin adı açıqlanıb.
Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, “Radical Storage” analitik şirkəti tərəfindən aparılan araşdırmada dünyanın ən çox turist cəlb edən 100 şəhərindəki 6897 küçə araşdırılıb.
Araşdırmanı nəticələrinə görə, reytinqdə Fransanın paytaxtı Paris birinci olub.
“Euronews” xəbər verir ki, araşdırma zamanı analitik şirkət dörd ulduzdan yuxarı qiymətləndirilən müəssisələrin sayını, müəssisələrin orta reytinqini, mətbəxlərin müxtəlifliyini, vegetarian, veqan və qlütensiz yeməklərin mövcudluğunu və küçə iaşə məntəqələrinin kvadrat kilometrə düşən sıxlığını nəzərə alıb.
Şirkət küçə yeməkləri dedikdə, küçə köşklərini, yemək maşınlarını, eləcə də klassik küçə yeməkləri təqdim edən və oturacaqları olan restoranları əsas götürüblər.
Fransanın paytaxtı 10 baldan 7,2 bal toplayıb: 401 müəssisənin 69,1%-i dörd ulduz və ya daha yüksək reytinq alıb. Parisdə həmçinin kvadrat kilometrə 3,82 küçə iaşə məntəqəsinin sıxlığı qeydə alınıb.
Siyahıda növbəti yerlərdə iki Yunanıstan şəhəri var: Afina və Saloniki.
Afina təmsil olunan mətbəxlərin sayına (29) və küçə iaşə məntəqələrinin sıxlığına (kvadrat kilometrə 4,21) görə 10 baldan 6,9 bal alıb.
Saloniki isə öz növbəsində 6,1 bal toplayıb: buradakı küçə iaşə məntəqələrinin 77,1%-i büdcə seqmentinə aiddir.
Siyahını təqdim ediirk:
1. Paris (Fransa)
2. Afina (Yunanıstan)
3. Saloniki (Yunanıstan)
4. Barselona (İspaniya)
5. London (Böyük Britaniya)
6. Rodos (Yunanıstan)
7. Roma (İtaliya)
8. Hanoy (Vyetnam)
9. Budapeşt (Macarıstan)
10. Amsterdam (Niderland).
Tətbiqimizi yükləyə bilərsiniz