
Ukrayna Prezidenti Voladimir Zelenski ölkənin ABŞ-dəki səfiri Olqa Stefanişinanı vəzifəsindən azad etmək barədə fərman imzalayıb.
Yeniavaz.com “RBK-Ukraina” agentliyinə istinadla xəbər verir ki, bu barədə sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Agentliyin məlumatına görə, Ukraynanın ABŞ-dəki yeni səfiri vəzifəsinə namizədlərdən biri Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa ola bilər.
Digər tərəfdən, Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin prezidentin son günlərdə Ukraynanın keçmiş Baş naziri Yuliya Svırıdenko ilə görüşdüyünü bildirib. Lakin Litvin söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib və əlavə məlumatın daha sonra veriləcəyini bildirib. Zelenskinin əvvəllər Sviridenkoya Ukraynanın ABŞ-dəki səfir vəzifəsini təklif etdiyini nəzərə alsaq, o, səfirliyə ikinci namizəd ola bilər.
Qeyd edək ki, Stefanişina 27 avqust 2025-ci ildən bəri ABŞ-də səfir vəzifəsini icra edir.
Xatırldaq ki, Stefanişina uzun müddətdir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu tərəfindən aparılan korrupsiya işində təqsirləndirilən şəxsdir. İş Ukrayna qanunvericiliyinin Aİ tələblərinə uyğunlaşdırılması məqsədi ilə davam edən təhlillə bağlıdır və hazırda məhkəmədə baxılır.
Tətbiqimizi yükləyə bilərsiniz