
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 6125-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqes rəsmi “Telegram” kanalında məlumat yayıb.
Parlament spikeri bildirib ki, son həftə ərzində ölənlərin sayı 579 nəfər artıb. Belə ki, əvvəlki həftə rəsmi olaraq ölənlərin sayı 5546 olub.
Onun sözlərinə görə, ölkə üzrə xəstəxanalarda 60 992 zərərçəkənə tibbi yardım göstərilib.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada 39 saniyəlik fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Bunların son 100 ildə ölkədə baş verən ən güclü təkanlar arasında olduğu bildirilir. Zəlzələnin episentrləri Karabobo ştatının Moron şəhəri yaxınlığında, Karakasdan təxminən 160 kilometr qərbdə yerləşib.
Tətbiqimizi yükləyə bilərsiniz