
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 4 milyon 497 min 521 manat 95 qəpik olan tender müsabiqəsinin qalibi “İnnova İnşaat” MMC (VÖEN – 5501250581) olub.
“İnnova İnşaat” MMC 2 milyon 138 min 940 manat 27 qəpik alaraq Salyan rayonu, Hacıqabul rayonu və Biləsuvar şəhərində yerləşən DOST Agentliyinin balansında olan inzibati binaların əsaslı təmir işlərini görəcək.
Bundan başqa “İnnova İnşaat” MMC 2 milyon 358 min 581 manat 68 qəpik alaraq Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən inzibati binaların da əsaslı təmir işlərini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 493 min 10 manat olan “İnnova İnşaat” MMC-nin hüquqi ünvanı İmişli rayonu, Qaralar kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz