
ABŞ Dövlət Departamenti Konqresə beş Amerika diplomatik nümayəndəliyini bağlamaq niyyəti barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentlyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ixtisarlar Vinnipeq (Kanada), Naqoya (Yaponiya), Douala (Kamerun), Medan (İndoneziya) və Sent Corces (Qrenada) şəhərlərindəki ABŞ missiyalarına təsir edəcək.
Onların məlumatlarına görə, Ağ Ev daha əvvəl 30-a qədər xarici missiyanı bağlamaq niyyətində olub.
Digər tərəfdən, ABŞ Demokratlar Partiyası, həmçinin, “Reuters”in milli təhlükəsizlik mənbələri Amerika diplomatik nümayəndəliklərinin azaldılmasının Vaşinqtonun eyni vaxtda bir neçə ölkədə mövqeyini sarsıdacağını ifadə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz