
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rəzai bəyan edib ki, İran Ukraynanın üç bölgəsinə zərbə endirməyə hazır olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Rəzai bildirib ki, Ukrayna üzr istədikdən sonra İran planlaşdırılan hücumu ləğv edib:
“Biz müharibə başlatmırıq. Lakin İran Silahlı Qüvvələri tam hazırlıqlıdır və İranı son damla qanadək müdafiə edəcək”.
Rəzai həmçinin bəyan edib ki, İran Hörmüz boğazında İran marşrutundan başqa hər hansı digər marşrutun açılmasına imkan verməyəcək.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsi nəticəsində bir heyət üzvünün həlak olduğu, ikisinin isə yaralandığına dair məlumat yayıb.
Ukrayna lideri Volodimir Zelenski, öz növbəsində yazıb ki, Ukrayna Silahlı Qüvvələri Xəzərdə İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.
Bundan sonra İran tərəfi Ukraynaya cavab veriləcəyini bəyan etsə də, daha sonra bu qərarın ləğv olunduğu elan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz