Ukrayna Rusiyaya gedən Türkiyə gəmisinə hücum etdi − Xəsarət alanlar var


Türkiyənin Samsun limanından Novorossiyskə meyvə-tərəvəz daşıyan Kamerun bayrağı altında üzən “Nadejda” gəmisi Qara dənizdə Ukrayna dronları tərəfindən hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzet məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində üçü türk olmaqla dörd dənizçi yaralanıb.
Gəminin kapitanı Yalçın Şahinin sözlərinə görə, hücumda altı-yeddi Ukrayna dronundan istifadə edilib. Zərbələr gəmidə yanğına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top