İstanbulda çimərlikdə sürüşmə − Torpaq altında qalanlar var


İstanbulun Büyükçekmece rayonunda sürüşmə baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 
Bildirilib ki, məlumatdan sonra hadisə yerinə yanğınsöndürənlər, təcili yardım işçiləri və polis göndərilib.
Torpaq altında qalanları xilas etmək üçün xilasetmə əməliyyatı başlayıb.
Qeyd edilib ki, hadisə Büyükçekmecedəki Mimar Sinan çimərliyində baş verib. Məlumata görə, çimərlik ilə binalar arasındakı torpaqda sürüşmə baş verib. Sürüşən torpaq çimərlik yolunu qismən bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top