
İyul ayında qlobal bazarlarda ən çox yumurta bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” “ICE Futures”, “CME Group” və Şanxay Metal Birjasının məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Amerika birjasında yumurta qiymətləri ay ərzində 334% artıb. Kənd təsərrüfatı məhsulları arasında həmçinin yulaf (+15,5%) və buğda (+10,4%) qiymətlərində əhəmiyyətli artımlar müşahidə olunub.
Sənaye sektorunda ən əhəmiyyətli artımlar azot gübrələrinin istehsalında istifadə olunan karbamid (+18,6%) və plastiklərin istehsalında istifadə olunan stirol (+18,6%) olub. Qablaşdırmada geniş istifadə olunan polipropilen və polietilen müvafiq olaraq 13,6% və 11,6% artıb.
Portağal suyunun qiyməti ötən ay 14,8% azalaraq ən ucuzlaşan məhsul olub. Hindistan bazarında litium (-10,6%) və çay (-9,7%) da əhəmiyyətli dərəcədə ucuzlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz