
Rosfinmonitoring Sankt-Peterburqdan olan Viktor Kalinini terrorçular və ekstremistlər siyahısına əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə siyahıdakı yeniləmələri izləyən teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, onun 14 yaşı üç ay əvvəl tamam olub.
İddia edilir ki, bu, iyulun əvvəlində dəmir yolu rels şkafını yandırdığına görə həbs edilən yeniyetmədir.
“Birinci Departament” insan haqları layihəsi Viktor Kalininin Rosfinmonitoring siyahısına əlavə edilməsi ilə bağlı belə şərh verib:
“Yetkinlik yaşına çatmayanlar “terrorçular və ekstremistlər” reyestrində ən sürətlə böyüyən kateqoriyadır. Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri Rosfinmonitoring reyestrindəki yeni adlar arasında yeniyetmələrin nisbəti səkkiz dəfədən çox artıb. Siyahıdakı hər 12 nəfərdən biri artıq yetkinlik yaşına çatmayandır”.
Qeyd edək ki, 2026-cı ilin yayının əvvəlinə olan məlumata görə, Rosfinmonitoring siyahısında 21 mindən çox insan var.
Tətbiqimizi yükləyə bilərsiniz