Yunanıstana qaçan türk hərbçilər barədə şok qərar

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhddən sonra hərbi helikopterlə Yunanıstana qaçan 8 hərbçinin Türkiyəyə geri verilməməsinə qərar verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstandan sığınacaq istəyən həmin 8 əsgər bu gün növbəti dəfə hakim qarşısına çıxıb. Afina Ali Məhkəməsinə gətirilən hərbçilərin qandalsız olması diqqət çəkib. Onlar barədə yekun qərarın yanvarın 23-də açıqlanması gözlənilirdi. Lakin bir hakimin avtomobil qəzasına düşməsi, digər iki hakimin isə qəti qərar bildirməməsinə görə məhkəmə iclası bu günə təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top