Bakıda yük avtomobili yanıb


Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb”, - məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top