
Türkiyədə daha bir Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyəsinə qarşı əməliyyat keçirilib.
Yeniavaz.com xəbər verir ki, Ankara Prokurorluğunun keçirdiyi əməliyyatda Etimesgut bələdiyyəsinin sədri, tanınmış aktyor Erdal Beşikçioğlu da daxil olmaqla 40 nəfər həbs edilib.
Qeyd edək ki, iyulun 30-da istintaq çərçivəsində bələdiyyənin 55 işçisi saxlanılıb və dindirilib.
Onlardan sədr də daxil olmaqla 44 nəfər barəsində həbs qərarı çıxarılıb.
Jurnalist Barış Terkoğlu Sözcü TV-nin canlı yayımında bildirib ki, Erdal Beşikçioğlu Konya Həbsxanasına köçürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz