Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə fərman Ukrayna Prezidenitinin rəsmi saytında dərc olunub.
Digər tərəfdən, Zelenski keçmiş daxili işlər naziri İqor Klimenkonun Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin olunması ilə bağlı fərman imzalayıb.
Qeyd edək ki, Zelenski bu təyinatları bu səhər Ukrayna səfirləri ilə görüşdə elan edib. O bildirib ki, bu, Umerova eyni zamanda diplomatiya və müdafiəyə diqqət yetirmək, eləcə də ABŞ və digər tərəfdaşlarla hərbi əməliyyatlara son qoymaq üçün danışıqlar aparmaq üçün daha çox imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top