
Bu ilin iyun ayında Azərbaycana turizm məqsədilə 158 min 985 nəfər əcnəbi gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iyun ayında Azərbaycana gələn turistlərin cəmi 0,2%-i və ya 316 nəfəri ölkəyə quru yolla daxil olub.
Qeyd edək ki, ölkəyə quru yolla daxil olanların hamısı Gürcüstan vətəndaşları olub. Bu isə o deməkdir ki, iyun ayında orta hesabla hər gün 10 nəfər Gürcüstan vətəndaşı quru yolla Azərbaycana gəlib.
Onu da qeyd edək ki, iyun ayında təyyarə ilə Azərbaycana gələn Gürcüstan vətəndaşlarının sayı 3 min 726 nəfər olub.
Məlumat üçün bildirək ki, 6 illik fasilədən sonra bu ilin 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz