“Arsenal” Qimaraynsı transfer etmək istəyir


“Arsenal” və “Nyukasl Yunayted” klubları braziliyalı yarımmüdafiəçi Bruno Qimaraynsın transferi üçün son mərhələdədirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Skira sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, müqavilənin dəyəri 90 milyon avrodur. Müqavilə 2031-ci ilin yayına qədərdir. Hazırda müqavilənin yekunlaşdırılması üçün son danışıqlar aparılır.
2025/2026 mövsümündə Qimarayns bütün yarışlarda 41 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
“Transfermarkt” portalına görə, onun təxmini transfer quyməti 70 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top