
Bu gün Bakının Xətai rayonunun bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz