
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında məlumat yayıb.
“Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəni çöküb.
We are deeply saddened by the news of deadly coal mine accident in Balochistan, Pakistan, which claimed many lives and caused injuries.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 3, 2026
We extend our heartfelt condolences to the families of the victims and to the brotherly people and government of Pakistan.
We wish a speedy…
Tətbiqimizi yükləyə bilərsiniz