İsrail məhkəməsi Ben-Qvirin timsah planını dayandırdı


Yerusəlim Dairə Məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorizmdə ittiham olunanların saxlanıldığı həbsxanaları mühafizə etmək üçün timsahlardan istifadə etməyi qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, məhkəmə qərarı “Let the Animals Live” heyvan hüquqları təşkilatının apelyasiya şikayətindən sonra qəbul edilib.
Qəzetin məlumatına görə, Ben-Qvir məhkəmə qərarını tənqid edərək bildirib ki, bu, hüquq sisteminin terrorçuları dəstəklədiyini göstərir və İsrailin təhlükəsizliyini təmin etmək üçün atılan addımlara mane olur.
Digər tərəfdən, İsrail Parklar və Vəhşi Təbiət İdarəsinə bir neçə ay ərzində Milli Təhlükəsizlik Nazirliyinin təhlükəsizlik cinayətlərində ittiham olunan məhbusların saxlanıldığı həbsxanaların xəndəklərinə timsahlar yerləşdirməsinə icazə verməsi üçün təzyiqlər göstərildiyi bildirilib. Belə ki, pilot layihənin İsrailin cənubundakı Neqev səhrasında yerləşən Ktsiot həbsxanasında başlaması gözlənilirdi.

DİGƏR XƏBƏRLƏR

Top