Azərbaycan Rusiyadan kibrit idxalını artırıb – Qiymət 21% bahalaşıb


Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 356 min 870 kiloqram (356 milyon 870 min qram) kibrit  gətirilib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan kibritin 1 qutusunun (1 qutu = 7 qram) orta gömrük dəyəri 1,7 qəpik (0,01 dollar) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 329 milyon 50 min qram (47 milyon 7 min qutu) kibrit gətirilib və 1 ədəd kibrit qutusunun orta gömrük dəyəri 1,4 qəpik olub.
Məlumat üçün qeyd edək ki, ötən il olduğu kimi bu ilin ilk 5 ayında da kibritlər Azərbaycana əsasən (99,9%) Rusiyadan idxal edilib.
Onu da bildirək ki, hazırda Azərbaycanda 1 qutu kibritin pərakəndə satış qiyməti 5 qəpik təşkil edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top