
Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki təyinatından sonra ilk fərmanını imzalayıb.
Yeniavaz.com xəbər verir ki, o bu fərmanla Ermənistanın ABŞ-dəki keçmiş səfiri Lilit Makuntsu baş nazirin müvəqqəti baş müşaviri vəzifəsindən azad edib və onu baş nazirin aparat rəhbəri təyin edib.
Fərman hökumətin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Makuntsun aparat rəhbəri təyin ediləcəyini, müdafiə naziri Suren Papikyanın və daxili işlər naziri Arpine Sarkisyanın isə yenidən vəzifələrinə təyin ediləcəyini açıqlamışdı.
Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Vətəndaş Müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı Baş nazir təyin etdi. Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc edilib.
İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın hakim !”Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,7456%-ni, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,2710%-ni, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə səslərin 9,9231%-ni toplayıb.
Tətbiqimizi yükləyə bilərsiniz