
PSJ “Barselona”nın yarımmüdafiəçisi Pedrini transfer etmək niyyətindədir və ilk təklifini verməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.
Məlumata görə, Paris klubu dünya və Avropa çempionunun transferi üçün 90 milyon avro ödəməyə hazırdır.
“Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodrinin karyerasını davam etdirmək üçün “Real Madrid”i seçməsindən sonra parislilərin ona qarşı marağı daha da artıb.
Qeyd edək ki, Pedri 23 yaşındadır. O, 2020-ci ildən Kataloniya klubunda oynayır. Bu müddət ərzində o, komandada 245 oyun keçirib, 28 qol vurub və 33 məhsuldar ötürmə edib. O, həmçinin, komanda kapitanlarından biri olub. Pedrinin “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Xatırladaq ki, “Transfermarkt” portalına görə, onun təxmini transfer qiyməti 150 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz