
Bolqarıstan, Böyük Britaniya və Ukrayna ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatında iştirak etməyəcəklərini bildiriblər.
Yeniavaz.com bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai dövlət televiziyasında qeyd edib.
Diplomat bildirib ki, son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan İranla müharibədə iştirak etməyəcəkləri barədə çoxsaylı zənglər gəlib.
XİN nümayəndəsi həmçinin bildirib ki, Hörmüz boğazı heç bir halda müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. İran və Oman yeni təhlükəsiz dəniz yolu ilə bağlı danışıqlar aparır və bu proses atəşkəsdən dərhal sonra başlayıb.
Onun sözlərinə görə, razılaşdırılmış marşrut iki ölkə tərəfindən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək yeni dəhliz olacaq. O, həmçinin qeyd edib ki, bu razılaşmalar boğazın blokadasının açılması və ya saxlanılması ilə əlaqəli deyil. Çünki bağlanma ABŞ-nin öhdəliklərinin pozulması və İranın dəniz blokadasına alınması ilə bağlıdır.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə bir neçə hücum təşkil edib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ hədəflərinə hücum etməyə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz