ABŞ və İran arasında danışıqlar bu gün başlayır


ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların bu gün keçiriləcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə avqustun 2-də təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Tramp Vaşinqton və Tehran arasında dialoqun danışıqlar şəklində davam edəcəyini bildirib.
“Biz onlarla dialoqa girəcəyik və bu, danışıqlar yolu ilə olacaq. Proses sabah günortadan sonra başlayacaq”, - deyə ötən gün Amerika lideri qeyd edib.
O, həmçinin İrana qarşı kütləvi hücum qərarını ləğv etdiyini qeyd edib və Səudiyyə Ərəbistanının da buna qarşı çıxdığını bidirib.
“Onlar İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşmanın yaxın olduğunu düşünürdülər”, - ABŞ Prezidenti deyib.
Qeyd edək ki, Vaşinqton yaxın gələcəkdə Hörmüz boğazının açılmasına və İranın nüvə təhdidinə son qoyulmasına nail olmaq niyyətindədir.
Danışıqlar nəticəsiz qalsa, ABŞ Prezidenti İranı yenidən hərbi əməliyyatlarla hədələyib.

DİGƏR XƏBƏRLƏR

Top