İrandan Azərbaycana keçən TIR-dan 113 kq narkotik çıxdı – Video


Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd  plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.
“Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761,757 qram olub. Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top