
Meksika əsgərləri “Ponço” ləqəbi ilə tanınan “Los Reyes” kartelinin liderlərindən biri Alfonso Fernandez Maqalhonu həbs ediblər.
Yeniavaz.com “Roya News”a istinadla xəbər verir ki, əməliyyat məhkəmə qərarı əsasında qərbdəki Miçoakan ştatında həyata keçirilib.
Meksikanın təhlükəsizlik və mülki müdafiə naziri Omar Qarsiya Arpuçanın sözlərinə görə, Fernandez Maqalhon saysız cinayət əməllərində, o cümlədən qanunsuz həbsdə və iğtişaşlara təhrik etməkdə şübhəli bilinir.
“Həbsdən sonra kartelin üzvləri olduğu iddia edilən şəxslər Miçoakan ştatında iğtişaşlar törədiblər. Los Reyes və Periban bələdiyyələrində yollar bağlanıb və bir neçə avtomobil yandırılıb. Hüquq-mühafizə orqanları bölgədə asayişi bərpa etməyə və yeni toqquşmaların qarşısını almağa çalışır”, - nəşr yazır.
Qeyd olunur ki, Maqalhon ABŞ-nin də ən çox axtardığı cinayətkarlardan biri olub. Belə ki, daha əvvəl ABŞ onun həbsinə səbəb olan məlumata görə 5 milyon dollara qədər mükafat da elan edib.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, “Ponço” “Carteles Unidos” (Birləşmiş Kartellər) alyansının əsas liderlərindən biri olub. Bu ittifaq bir neçə cinayətkar qrupu birləşdirir. 2025-ci ilin fevral ayında ABŞ onu xarici terror təşkilatları siyahısına daxil edib.
Tətbiqimizi yükləyə bilərsiniz