
Bu ilin iyul ayı üzrə avtomobil bazarının göstəricilərinə əsasən, ən çox avtomobil elanı Bakıda yerləşdirilib.
Yeniavaz.com “Statix”ə istinadən xəbər verir ki, paytaxt həm elan sayı, həm də orta qiymət baxımından ölkə üzrə ilk sırada qərarlaşıb.
Məlumata görə, iyul ayında Bakıda 25 630 avtomobil elanı yerləşdirilib. Paytaxtda ən çox təklif olunan markalar “Mercedes”, “Hyundai” və “Toyota” olub.
İkinci yerdə 2 704 elanla Sumqayıt qərarlaşıb. Burada ən çox rast gəlinən markalar “Mercedes”, “Hyundai” və “Kia”dır. İlk üçlüyü isə 1 810 elanla Gəncə tamamlayır. Gəncədə daha çox “LADA (VAZ)”, “Chevrolet” və “Mercedes” markalı avtomobillər satışa çıxarılıb.
Sonrakı sıralarda isə Şəmkir (432 elan), Lənkəran (414), Xırdalan (400), Quba (353), Xaçmaz (346), Bərdə (339), Masallı (326), Şirvan (321), Mingəçevir (314), Şəki (289), Tovuz (267) və Cəlilabad (252) yer alıb.
Məlumatda qeyd olunur ki, şəhər və rayonlar arasında orta avtomobil qiymətlərindəki fərqlərə həmin bölgədə satışa çıxarılan avtomobillərin markası, modeli, buraxılış ili və yürüş göstəricisi təsir edir. Məsələn, Bakıda orta qiymət 21 700 manat olduğu halda, Sumqayıtda bu göstərici 14 800 manatdır.
İyul ayında elan sayına, ən çox təklif edilən 3 avtomobil markasına görə şəhər və rayonların sıralanması:
Bakı – 25 630 (Mercedes, Hyundai, Toyota)
Sumqayıt – 2 704 (Mercedes, Hyundai, Kia)
Gəncə – 1 810 (LADA (VAZ), Chevrolet, Mercedes)
Şəmkir – 432 (LADA (VAZ), Mercedes, Chevrolet)
Lənkəran – 414 (Mercedes, LADA (VAZ), Toyota)
Xırdalan – 400 (Hyundai, Mercedes, Kia)
Quba – 353 (LADA (VAZ), Mercedes, Ford)
Xaçmaz – 346 (LADA (VAZ), Mercedes, Ford)
Bərdə – 339 (LADA (VAZ), Mercedes, Toyota)
Masallı – 326 (Mercedes, LADA (VAZ), Ford)
Şirvan – 321 (Mercedes, LADA (VAZ), Opel)
Mingəçevir – 314 (LADA (VAZ), Mercedes, Opel)
Şəki – 289 (LADA (VAZ), Mercedes, Opel)
Tovuz – 267 (LADA (VAZ), Mercedes, Hyundai)
Cəlilabad – 252 (LADA (VAZ), Mercedes, Ford)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz