Ermənistana benzin və dizeldən başqa daha bir məhsul satmışıq – Siyahı


Bu ilin ilk 5 ayında Azərbaycandan Ermənistana 11,27 milyon dollar dəyərində məhsul ixrac olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə qonşu ölkəyə əsasən neft məhsulları və plastmasdan hazırlanmış inşaat detalları göndərilib.
Qeyd edək ki, bu yanvar–may plastmas inşaat detallarından ibarət 1,39 ton məhsul ixrac olunub. Bu ixracın dəyəri 5,91 min dollar təşkil edib.
Eyni zamanda, Ermənistana 979,46 ton Aİ-92 markalı benzin ixrac edilib. Bu məhsulun ümumi dəyəri 672,4 min dollar olub.
Hesabat dövründə 1 743,22 ton Aİ-95 markalı benzin göndərilib. Bu məhsulun ixrac dəyəri 1 milyon 167,99 min dollar təşkil edib.
Ən böyük ixrac isə dizel yanacağı üzrə qeydə alınıb. İlk beş ayda Ermənistana 10 048,32 ton dizel yanacağı ixrac olunub. Bunun ümumi dəyəri isə 9 milyon 426,35 min dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top