
İspaniyanın “Barselona” klubu hücumçu Ferran Torreslə yollarını ayırmağa hazırdır.
Yeniavaz.com “Sport.es”ə istinadən xəbər verir ki, əgər 26 yaşlı futbolçu komandadan ayrılmaq istədiyini bildirərsə, Kataloniya təmsilçisi onun transferinə mane olmayacaq. Klub ispaniyalı hücumçu üçün 55 milyon avro tələb edir.
Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bildirilir ki, futbolçu ilə Fransa çempionu PSJ yaxından maraqlanır və onun transferini nəzərdən keçirir.
Qeyd edək ki, Ferran Torres 19 iyul tarixində keçirilən 2026-cı il dünya çempionatının finalında Argentina millisinə vurduğu qolla İspaniya yığmasına qələbə qazandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz