İsrail ordusu Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb


İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında həyata keçirilən hava zərbələri nəticəsində HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, İMQ-nin yaydığı məlumata görə, HƏMAS-ın “Nuhba” xüsusi təyinatlı dəstəsinin bölmə komandiri Salem Camal Əbdürrəhman Əbu Labad şənbə günü Qəzza zolağının cənubunda keçirilən hava hücumu zamanı öldürülüb.
Bundan əlavə, İsrail ordusu HƏMAS-ın Məqazi batalyonunun komandiri Məhəmməd Əbdülnasir Məhəmməd Xətibin də öldürüldüyünü bildirib. Məlumata əsasən, o, cümə günü Qəzza zolağının mərkəzində həyata keçirilən ayrıca hava zərbəsi nəticəsində həlak olub.
Qeyd edək ki, sözügedən hava hücumları 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan və Qəzza zolağında davam edən hərbi əməliyyatlar fonunda həyata keçirilib.
HƏMAS tərəfi isə İsrailin açıqlaması ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.

DİGƏR XƏBƏRLƏR

Top